38
İsraildə Avropa İttifaqına üzv ölkələrin diplomatlarına və amerikalı jurnalistə hücumlarda şübhəli bilinən 8 nəfər saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail polisi Ynet portalına məlumat verib.
Məlumata görə, saxlanılanlar İordan çayının qərb sahilində yaşayan yəhudi köçkünlərdir. Onlar oktyabrın 19-da səhər saatlarında “Zeytun yarpağı” kod adlı xüsusi polis əməliyyatı çərçivəsində saxlanılıblar.
Əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə nəqliyyat vasitəsini də müsadirə ediblər.
İsrail polisi hücumlarda iştirak etməkdə şübhəli bilinən digər şəxslərin axtarışını davam etdirməyi planlaşdırır.
