42
Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” aviaşirkəti regionda qeyri-sabit vəziyyətlə əlaqədar Səudiyyə Ərəbistanının bir sıra şəhərlərinə uçuşların dayandırılması müddətini oktyabrın 24-dək uzadıb.
Ucnoqta.az xəbər verir ki, aviaşirkətin mətbuat xidmətinin məlumatına görə, məhdudiyyətlər Əbu-Dabi ilə Ər-Riyad və Dammam arasında bütün reyslərə, eləcə də Ciddəyə və geriyə bəzi uçuşlara şamil olunur.
Şirkət vəziyyətin dəyişkən olduğunu bildirərək sərnişinləri mümkün yenilikləri izləməyə çağırıb.
Qeyd edək ki, oktyabrın 10-u və 11-də Səudiyyə Ərəbistanının paytaxtındakı hava limanı Yəməndə fəaliyyət göstərən husilərin hücumlarına məruz qalıb.
