Hər kişi gözəl, qayğıkeş, mehriban və zərif qadın arzulayır. Lakin münasibətlərdə bunlarla yanaşı, kişilər üçün vacib olan və hər qadında rast gəlinməyən başqa xüsusiyyətlər də var.
Ucnoqta.az xəbər verir ki, kişilərin münasibətlərdə ehtiyac duyduğu əsas məqamlar arasında emosional güvən, birlik hissi və sevgi sözlərini eşitmək yer alır.
1. Emosional güvən
İlk baxışdan elə görünə bilər ki, münasibətlərdə təhlükəsizliyi təmin etmək kişinin vəzifəsidir. Burada söhbət təhlükələrdən qorunmaqdan və maddi sabitlikdən gedə bilər. Lakin kişilərin də qadının yanında özlərini emosional baxımdan güvəndə hiss etməyə ehtiyacları var.
Kişi əmin olmaq istəyir ki, həyat yoldaşı ona xəyanət etməyəcək, yalan danışmayacaq, səbəbsiz mübahisələr yaratmayacaq və ona psixoloji təzyiq göstərməyəcək. Belə münasibət qarşılıqlı etimadı gücləndirir.
2. Birlik hissi
Kişilər heç də həmişə sevdikləri qadınla özlərini vahid komanda kimi hiss etmirlər. Halbuki bir çoxu həyat yoldaşının maraqlarını bölüşməsini, onu anlamasını və çətin anlarda dəstəkləməsini istəyir.
Ortaq maraqlar və qarşılıqlı dəstək münasibətlərdə yaxınlığı artırır, tərəflərin bir-birinə daha çox bağlanmasına kömək edir.
3. “Səni sevirəm” sözlərini eşitmək
Adətən münasibətlərdə sevgi sözlərinin azlığından qadınlar şikayət edirlər. Lakin kişilər də xoş sözlər eşitmək, sevilmək və dəyərli olduqlarını hiss etmək istəyirlər.
Sadəcə, onların bir çoxu bu ehtiyaclarını açıq şəkildə ifadə etməyə çəkinir. Halbuki səmimi sevgi etirafları münasibətləri möhkəmləndirir və tərəflər arasında emosional bağlılığı artırır.
