Ulduz falına görə, 19–25 oktyabr həftəsində bəzi bürclər üçün şəxsi həyatda maraqlı dəyişikliklər və romantik fürsətlər yarana bilər.
Ucnoqta.az xəbər verir ki, xüsusilə Əkizlər, Şir və Əqrəbləri münasibətlərlə bağlı mühüm qərarlar gözləyir.
Əkizlər
İki insan arasında seçim etməkdə çətinlik çəkən Əkizlər bu həftə qərar verməli olacaqlar. Ulduzlar seçim zamanı məntiqdən çox hisslərə güvənməyi tövsiyə edir. Səmimi duyğulara əsaslanan qərar münasibətlərdə xoşbəxtlik gətirə bilər.
Şir
Sevdiyi insan haqqında yayılan şayiələr Şirlərin münasibətlərinə təsir edə bilər. Tələsik nəticə çıxarmaq əvəzinə, vəziyyəti sakit şəkildə dəyərləndirmək vacibdir. Ulduz falına görə, deyilənlərin əsassız olduğu üzə çıxa və münasibətlərdəki şübhələr aradan qalxa bilər.
Əqrəb
İşə həddindən artıq vaxt ayıran Əqrəblərə şəxsi həyatlarına da diqqət yetirmək tövsiyə olunur. Yaxınlıqlarında onlardan kiçik bir diqqət gözləyən biri ola bilər. Bəlkə də həmin insan gələcək həyatlarının sevgisinə çevrilə bilər. Bunun üçün ətraflarına diqqətlə baxmaq kifayətdir.
