Qadınları özünə cəlb etmək bacarığı ilə seçilən üç kişi bürcünün adı açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, astroloq Lyudmila Bulqakova fikrincə, Əkizlər, Xərçəng və Əqrəb bürclərinin kişiləri bu sahədə xüsusi bacarıqları ilə fərqlənirlər.
Əkizlər
Əkizlər bürcündən olan kişilər ünsiyyət qurmaqda mahir hesab edilirlər. Onlar hətta az danışan və ünsiyyətə çətinliklə qoşulan insanlarla belə ortaq dil tapa bilirlər. Söz ustalığı sayəsində qarşı tərəfin diqqətini cəlb etməyi və onu özlərinə maraqlandırmağı bacarırlar.
Xərçəng
Xərçəng bürcünün kişiləri təvazökarlıq və qətiyyət xüsusiyyətlərini birləşdirərək qarşı tərəfdə rəğbət yarada bilirlər. Astroloqun fikrincə, bu xüsusiyyətləri növbə ilə nümayiş etdirmələri hətta soyuq və laqeyd insanları belə cəlb etməyə kömək edir.
Əqrəb
Əqrəb bürcünün kişiləri sirli xarakterləri ilə seçilirlər. Astroloq hesab edir ki, onların əsas üstünlüyü baxışları ilə qarşı tərəfdə maraq oyatmaq bacarığıdır. Bəzən dərin və təsirli bir baxış belə onların diqqət cəlb etməsi üçün kifayət edir.
