32
Azərbaycanın “Azeri Light” markalı neftinin qiymətində ucuzlaşma qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, neft bazarındakı mənbənin verdiyi məlumata görə, İtaliyanın Augusta limanında CIF bazasında neftin bir barelinin qiyməti 3,73 dollar azalaraq 124,14 dollar təşkil edib. Bu, əvvəlki göstərici ilə müqayisədə 2,92% ucuzlaşma deməkdir.
Türkiyənin Ceyhan limanında isə FOB bazasında “Azeri Light” neftinin bir bareli 3,72 dollar və ya 3,19% ucuzlaşaraq 112,79 dollara düşüb.
