36
ABŞ Hərbi Dəniz Qüvvələrinin “Theodore Roosevelt” aviadaşıyan gəmisi müşayiət gəmiləri ilə birlikdə bu həftə Yaponiyanın Yokosuka hərbi bazasına gələcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli bələdiyyə Yaponiya Xarici İşlər Nazirliyinin bildirişinə istinadən məlumat yayıb.
Gəminin bölgəyə göndərilməsi ABŞ-ın Sakit okeanın şimal-qərbindəki hərbi mövcudluğunu gücləndirmək məqsədi daşıyır. Belə ki, 2026-cı ilin mayında “George Washington” aviadaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu İrana qarşı əməliyyatlarda iştirak etmək üçün Ərəbistan dənizinə göndərilib.
“Theodore Roosevelt” 90-dək təyyarə və helikopter daşıya bilir. Onu raket esminesləri, ən azı bir raket kreyseri və nüvə enerjisi ilə işləyən zərbə sualtı qayığı müşayiət edir.
