Rusiya ordusunun Ukraynada 2022-ci il fevralın 24-dən 2026-cı il oktyabrın 15-dək ümumi canlı qüvvə itkisi təxminən 1 milyon 559 min 230 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, son sutka ərzində Rusiya ordusunun daha 1 880 hərbçisi zərərsizləşdirilib. Q
Baş Qərargahın məlumatına görə, müharibə başlayandan bəri Rusiya ordusunun itkiləri təxminən aşağıdakı kimidir:
Tanklar: 12 414;
Zirehli döyüş maşınları: 25 537;
Artilleriya sistemləri: 51 233;
Yaylım atəşli reaktiv sistemlər: 2 216;
Hava hücumundan müdafiə vasitələri: 1 707;
Təyyarələr: 443;
Helikopterlər: 356;
Yerüstü robot kompleksləri: 2 955;
Operativ-taktiki PUA-lar: 564 897;
Qanadlı raketlər: 5 130;
Gəmi və katerlər: 35;
Sualtı qayıqlar: 2;
Avtomobil texnikası və yanacaq daşıyan maşınlar: 163 324;
Xüsusi texnika: 4 830.
