32
Rusiya hava hücumundan müdafiə qüvvələri gecə ərzində ölkənin müxtəlif bölgələrində Ukraynaya məxsus 166 pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lar Belqorod, Bryansk, Kursk, Tula, Ryazan, Oryol, Lipetsk, Voronej, Nijni Novqorod, Tambov və Rostov vilayətləri, Moskva regionu, Krasnodar diyarı və Krım üzərində zərərsizləşdirilib.
