35
ABŞ İspaniya bayrağı altında üzən və Amerika limanlarına daxil olan ticarət gəmilərinə 200 min dollar rüsum tətbiq etməyi təklif edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Federal Dəniz Komissiyasına istinadən məlumat yayıb.
Komissiya, həmçinin İspaniya məhsullarının, o cümlədən ölkənin əsas ixrac məhsullarından biri olan zeytun yağının ABŞ-yə idxalına məhdudiyyətlər qoyulmasını təklif edib. Lakin qərar hələ qəbul edilməyib və təşəbbüs ABŞ prezidentinin administrasiyasında müzakirə olunmalıdır.
Komissiya təklifini İspaniyanın ABŞ bayrağı altında üzən gəmilər üçün əlverişsiz şərait yaratması ilə əsaslandırıb. Söhbət İsrailə yük daşıyan üç Amerika gəmisinin İspaniya limanlarına girişinə icazə verilməməsindən gedir.
