48
Brent markalı neftin qiyməti bir barel üçün 106 dolları ötüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Londonun ICE birjasında keçirilən hərracların məlumatlarında bildirilib.
Məlumata görə, 2026-cı ilin dekabr ayında tədarükü nəzərdə tutulan Brent markalı neftin fyuçerslərinin qiyməti sentyabrın 29-dan bəri ilk dəfə 1,24 faiz artaraq 106,02 dollar təşkil edib.
Eyni zamanda, noyabr ayında tədarükü nəzərdə tutulan WTI markalı neftin fyuçerslərinin qiyməti 1,16 faiz artaraq bir barel üçün 92,92 dollara çatıb.
