Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pensiya ödənişlərinə 5 milyard 874 milyon manat vəsait yönəldilib.
Ucnoqta.az Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünə nisbətən 10 % və ya 548 milyon manat çoxdur.
Cari ilin əvvəlindən pensiyalar 9,3 % indeksləşdirilərək artırılıb. Oktyabrın 1-i tarixinə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 % artaraq 596 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 634 manata çatıb.
Yanvar-sentyabr aylarında 28 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 206 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
