62
İranın Gürcüstandakı səfiri Seyid Əli Məcani Tbilisinin küçələrindən birində sahibsiz itlərin hücumuna məruz qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Front News” nəşri məlumat yayıb.
Məlumata görə, səfir itləri uzaqlaşdırmağa çalışarkən yıxılıb və ayağı sınıb.
Hadisə zamanı ərazidə olan yerli sakinlər ona ilkin tibbi yardım göstərib, daha sonra təcili tibbi yardım briqadası çağırıblar.
Hadisənin digər təfərrüatları hələlik məlum deyil.
