44
Sudanın şimal-şərqində, Misirlə sərhədə yaxın qızıl mədənlərinə endirilən hava zərbəsi nəticəsində 200-dən çox insan ölmüş, yüzlərlə şəxs yaralanmış ola bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Sudan Tribune” portalı məlumat yayıb.
Məlumata görə, oktyabrın 10-da Şimal əl-Vadi bölgəsindəki qızıl mədənlərinə beşdən çox raket atılıb. Zərbə nəticəsində müvəqqəti sığınacaqlar və mədənlər dağılıb.
Şahidlər hücuma görə Misir hərbçilərini ittiham ediblər. Sudanın hüquq müdafiə təşkilatı “Emergency Lawyers” azı 72 nəfərin öldüyünü, “Sudan Həkimlər İttifaqı” isə 13 nəfərin öldüyünü, 28 nəfərin yaralandığını bildirib.
Ölənlərin dəqiq sayı və Misirin hücumda iştirakı müstəqil şəkildə təsdiqlənməyib. Misir tərəfi ittihamlara münasibət bildirməyib.
