Almaniyanın keçmiş Reynland-Pfalts əyalətinin baş naziri Aleksander Şvaytser ölkənin əmək və sosial məsələlər naziri vəzifəsinə təyin olunacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Məlumata görə, Şvaytser bu vəzifədə Bərbel Bası əvəz edəcək. Bas bazar ertəsi Almaniya Sosial Demokrat Partiyasının (SPD) həmsədri və əmək naziri vəzifələrindən ayrıldığını açıqlayıb. O, qərarını həm şəxsi səbəblərlə – ögey qızının vəfatı ilə, həm də koalisiya tərəfdaşı olan Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı blokunun hücumları ilə əlaqələndirib.
Aleksander Şvaytser 2026-cı ilin may ayının sonunadək Reynland-Pfalts əyalətinə rəhbərlik edib. Partiyasının regional seçkilərdə məğlubiyyətindən sonra o, əyalət parlamentində SPD fraksiyasının sədri olub.
