39
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya fiziki və hüquqi şəxslərinə qarşı növbəti sanksiyaların tətbiqi barədə fərmanlar imzalayıb.
Ucnoqta.az xəbər verir ki, Zelenskinin rəsmi saytında dərc olunan sənədlərə əsasən, sanksiyalar 108 fiziki və 48 hüquqi şəxsi əhatə edib. Siyahıya iki gəmi də daxil edilib.
Sanksiyaya məruz qalanların əksəriyyətinin Rusiya vətəndaşları və rezidentləri olduğu bildirilir. Hüquqi şəxslər arasında isə əsasən maliyyə, texnologiya və konsaltinq şirkətləri yer alıb.
