Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı Səudiyyə Ərəbistanında “Saudi Aramco” şirkətinin neft və qaz obyektlərinə, eləcə də Ər-Riyad və Dammam hava limanlarına raket və dronlarla hücum etdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, hərəkatın hərbi nümayəndəsi Yəhya Səriyanın sözlərinə görə, zərbələr nəticəsində Şedqam qaz emalı zavodunda və Tanajib neft obyektində yanğınlar baş verib. O, hücumlar səbəbindən hər iki hava limanında uçuşların dayandırıldığını iddia edib.
Səriya həmçinin Səudiyyə Ərəbistanı hərbçilərinin mövqelərinə hücum nəticəsində onlarla nəfərin öldüyünü və yaralandığını bildirib.
Husilər hücumların koalisiya qüvvələrinin Yəmənə endirdiyi 124 aviazərbəyə cavab olduğunu açıqlayıblar. Məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
