Misli Premyer Liqasında VII turun son oyunları bu gün baş tutacaq. Gün ərzində iki maraqlı qarşılaşma diqqət mərkəzində olacaq.
Ucnoqta.az xəbər verir ki, ilk görüşdə “İmişli” və “Qarabağ” komandaları üz-üzə gələcəklər. Yevlax şəhər stadionunda keçiriləcək matçın start fiti saat 16:00-da səslənəcək.
Turun son qarşılaşmasında isə “Şəfa” “Turan Tovuz”u sınağa çəkəcək. “SOCAR Polymer Arena”da təşkil olunacaq oyun saat 18:30-da başlayacaq.
Misli Premyer Liqası – VII tur
11 oktyabr
16:00 – “İmişli” – “Qarabağ”
Stadion: Yevlax şəhər stadionu
Baş hakim: Elvin Bayramov
VAR: Vüqar Həsənli
AVAR: Zöhrab Abbasov
Köməkçi hakimlər: Pərvin Talıbov, Eyyub İbrahimov
Dördüncü hakim: Ruslan Quliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
18:30 – “Şəfa” – “Turan Tovuz”
Stadion: “SOCAR Polymer Arena”
Baş hakim: Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Müslüm Əliyev
Köməkçi hakimlər: Namiq Hüseynov, Rahil Ramazanov
Dördüncü hakim: Murad Səlimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Məmmədov
