ABŞ Ukraynadan Rusiya neftayırma zavodlarına zərbələr endirməməyi dəfələrlə tələb edib
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
Onun sözlərinə görə, Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskidən Rusiya neftayırma zavodlarını hədəfə almamağı dəfələrlə xahiş edib, lakin Kiyev bu çağırışlara məhəl qoymayıb.
“Biz dedik ki, neftayırma zavodlarına zərbələr endirməyin. Rusiya dünyaya dizel yanacağının əhəmiyyətli hissəsini tədarük edir. Dizel yanacağına zərbələr endirməyin, çünki bu, ciddi problemə və kəskin yanacaq çatışmazlığına səbəb olacaq. Bəs o nə edir? Gedib dizel yanacağı istehsalına zərbələr endirir”, – deyə Tramp qeyd edib.
ABŞ lideri vurğulayıb ki, belə addımlar qlobal problem yarada bilər. O, dizel yanacağının istehsalı üçün neftayırma zavodlarının çatışmazlığının vəziyyəti daha da çətinləşdirdiyini bildirib.
