90
Ötən gün sosial şəbəkələrdə Binə qəsəbəsində yerləşən 121 nömrəli məktəbin direktoru Zaur Yusifovun vəzifəsindən ayrıldığı barədə xəbərlər yayılmışdı.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı məktəb açıqlama yayıb.
Açıqlamada bildirilir ki, məktəbin direktoru Zaur Yusifovun vəzifəsindən azad edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat həqiqəti əks etdirmir.
“Bildiririk ki, sözügedən məlumat yanlış və əsassızdır.Direktor öz vəzifəsinin icrasını davam etdirir. İctimaiyyəti yalnız məktəbin rəsmi mənbələrində yayımlanan məlumatlara istinad etməyə çağırırıq” .
