36
Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində avtomobildə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində “Mercedes Vito” markalı avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Xəsarət alan olmayıb.
