30
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində baş verən partlayış nəticəsində bir neçə polis əməkdaşı yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.
Məlumata görə, polis avtomobilinin hərəkət etdiyi yolun kənarına yerləşdirilmiş partlayıcı qurğu işə salınıb.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində bir neçə hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.
