29
Qətər sahilləri yaxınlığında tankerə bir neçə mərmi ilə hücum edilib, nəticədə bir neçə dənizçinin yaralandığı bildirilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
“UKMTO-ya Mədinət əş-Şəmal şəhərindən 51 dəniz mili şimalda baş verən insident barədə məlumat daxil olub. Tankerdən verilən məlumata görə, gəmiyə bir neçə mərmi dəyib. Yaralananların olduğu bildirilir”, – koordinasiya mərkəzindən qeyd edilib.
İnsidentlə bağlı araşdırma başlanıb. Hadisənin digər təfərrüatları açıqlanmayıb.
