42
Səudiyyə Ərəbistanında iki beynəlxalq hava limanına hücum nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, Krallığın Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, hücumlar oktyabrın 6 və 7-də Abha və Kral Xalid adına beynəlxalq hava limanlarında baş verib.
Abha hava limanına hücum zamanı Mərakeş və Əlcəzair vətəndaşı olan iki qadın həlak olub, 28 nəfər yaralanıb. Ər-Riyaddakı Kral Xalid adına hava limanına zərbə nəticəsində isə Sudan vətəndaşı ölüb, 8 nəfər yaralanıb.
Hücumlar zamanı hava limanlarına maddi ziyan dəyib.
Müvafiq qurumlar hadisələrin nəticələrini araşdırır və aviasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görür.
