ABŞ Avropanı “uzun yuxudan” oyanmağa, hərbi xərcləri əhəmiyyətli dərəcədə artırmağa və transatlantik ittifaqı gücləndirməyə çağırıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Afinada çıxışı zamanı bildirib ki, Avropada müdafiə xərclərinin artırılması, yeni tərəfdaşlıqların yaradılması və hərbi sənaye istehsalının genişləndirilməsi istiqamətində dəyişikliklər müşahidə olunur.
“Avropanın uzun yuxudan oyana biləcəyinə inanırıq. Bunun əlamətlərini artıq görürük”, – Rubio deyib.
ABŞ dövlət katibi həmçinin Vaşinqtonla Avropa arasındakı münasibətlərdə yaranan gərginliklərin transatlantik əlaqələri zəiflətməsinə imkan verilməməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, tərəflər müasir təhdidlərə qarşı dayanıqlı ittifaq yaratmaq üçün əməkdaşlığı gücləndirməlidirlər.
