30
Latviyanın daxili işlər naziri Yanis Dombrova bildirib ki, 20 nəfərlik qrup Belarus tərəfdən ölkə sərhədini qanunsuz keçməyə cəhd edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, Latviya Milli Silahlı Qüvvələrinin hərbçiləri qanunsuz keçidin qarşısını alıblar.
Delfi portalının məlumatına görə, hadisə oktyabrın 5-də baş verib. Qrupu müşayiət edən üç nəfər Latviya hərbçilərini hədələyib və 20 nəfəri sərhədi keçməyə təşviq edib.
Bir neçə saat sonra maskalı şəxslər Latviyanın ərazisinə daxil olaraq müşahidə kameralarını oğurlayıb və Belarus ərazisinə qayıdıblar.
Latviyanın daxili işlər naziri bu cür hadisələrin daha ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
