Rusiyanın itkiləri 1,54 milyonu ötüb
Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibənin başlanmasından bəri Rusiya ordusunun ümumi döyüş itkiləri təxminən 1 milyon 545 min 950 nəfər təşkil edib. Son sutkada 1 690 rusiyalı hərbçi zərərsizləşdirilib.
Son sutkada Rusiya ordusunun itkiləri:
1 690 hərbçi
4 zirehli döyüş maşını
51 artilleriya sistemi
8 reaktiv yaylım atəş sistemi
2 hava hücumundan müdafiə sistemi
1 890 operativ-taktiki PUA
577 avtomobil və yanacaq çəni
5 xüsusi texnika
12 yerüstü robot kompleksi
Müharibə başlayandan indiyədək Rusiyanın ümumi itkiləri arasında 12 396 tank, 25 498 zirehli döyüş maşını, 50 836 artilleriya sistemi, 2 192 RYAS, 1 690 HHM sistemi, 443 təyyarə, 356 helikopter və 35 gəmi/qayıq da var.
