30
Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının (husilər) hərbi nümayəndəsi Yəhya Səriə bildirib ki, qruplaşma Səudiyyə Ərəbistanındakı Əbha Beynəlxalq Hava Limanına və Xamis-Muşayt aviabazasına zərbələr endirib.
Ucnoqta.az xəbər verir ki, onun sözlərinə görə, əməliyyatlar zamanı ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə olunub.
Səriənin iddiasına görə, hava limanına birbaşa zərbə endirilməsi nəticəsində onun fəaliyyəti dayandırılıb, aviabazaya isə ziyan dəyib.
