Pakistan ordusu “yer-yer” tipli yüksək dəqiqlikli Fatah-4 qanadlı raketinin uğurlu sınağını keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarəsi (ISPR) məlumat yayıb.
Bildirilib ki, sınağın məqsədi qoşunların operativ hazırlığını yoxlamaq və raketin əsas texniki sistemlərini, eləcə də hədəflərin dəqiq vurulması imkanlarını sınaqdan keçirmək olub.
ISPR-in məlumatına görə, müasir avionika və naviqasiya sistemləri ilə təchiz olunan Fatah-4 uzaq məsafədəki hədəfləri yüksək dəqiqliklə vurmaq qabiliyyətinə malikdir.
Fatah-4 Pakistan ordusunun Raket Komandanlığı üçün hazırlanıb. Fatah raketlərinin 120 və 750 km mənzilli modifikasiyalarının əvvəlki sınaqları 2025-ci ilin may və sentyabr aylarında keçirilib.
