26
Sentyabr ayında almazın qiymətləri bərpa olunmaqda davam edib.
Ucnoqta.az xəbər verir ki, Rapaport-un məlumatına görə, 1 karatlıq almazların qiymət indeksi ay ərzində 0,3% artıb. Bununla belə, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,9%, 2026-cı ilin əvvəlindən isə 5,7% aşağı olub.
Digər göstəricilər:
0,3 karat – sentyabrda 3,2% artıb, illik müqayisədə 6,2% azalıb;
0,5 karat – sentyabrda 2,5% artıb, il ərzində 8,7% ucuzlaşıb;
3 karat – sentyabrda 1,5% bahalaşıb, illik müqayisədə isə 0,2% artıb.
Rapaport bildirib ki, xüsusilə yüksək keyfiyyətli kiçik ölçülü almazlarda daha ciddi artım müşahidə olunub.
