37
Oman sahilləri yaxınlığında Panama bayrağı altında üzən MT On Peace adlı kommersiya gəmisinə hücum edilib.
Ucnoqta.az xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, gəmi Hörmüz boğazından keçərkən mərmi ilə vurulub. Gəmidə 19 nəfərlik heyət olub və onların 17-si Hindistan vətəndaşıdır.
Hücum nəticəsində 12 ekipaj üzvü, o cümlədən 11 Hindistan vətəndaşı yaralanıb.
Oman hakimiyyətinin köməyi ilə yaralılar təxliyə edilərək Xasab şəhərinə çatdırılıb və tibbi yardım alırlar.
Hindistan XİN bölgədə kommersiya gəmilərinə qarşı davam edən hücumlardan narahatlığını bildirib və belə hücumların dayandırılmasına çağırıb.
