26
Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) Səudiyyə Ərəbistanına məxsus kəşfiyyat-zərbə PUA-sını Taiz əyaləti üzərində vurduğunu açıqlayıb.
Ucnoqta.az bildirir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib.
“Yəmən silahlı qüvvələri Taiz əyalətinin hava məkanında düşmənçilik xarakterli tapşırıq yerinə yetirən Səudiyyə Ərəbistanına məxsus Wing Loong II kəşfiyyat-zərbə PUA-sını vurub”, – deyə o, “Telegram” kanalında yazıb.
