61
ABŞ Avropadakı bəzi qoşunlarını Latın Amerikasına göndərə bilər
Ucnoqta.az xəbər verir ki, Pentaqon rəhbəri Pit Heqset ABŞ-ın narkokartellərə qarşı əməliyyatları genişləndirmək məqsədilə Avropadakı hərbi qüvvələrinin bir hissəsini Mərkəzi və Cənubi Amerikaya köçürə biləcəyini açıqlayıb.
Onun sözlərinə görə, ABŞ Honduras, Qvatemala, Panama və Ekvadorla əməkdaşlığı genişləndirir və narkokartellərə qarşı birgə əməliyyatlar hazırlayır.
Heqset bildirib ki, bu strategiya çərçivəsində Avropadakı müttəfiqlərdən daha çox məsuliyyət götürməsi gözlənilir.
