Payızın gəlişi ilə havanın temperaturunda kəskin dəyişikliklər müşahidə olunur. Bu dövrdə xüsusilə yuxarı tənəffüs yollarının infeksiyalarına daha çox rast gəlinir.
Soyuqdəymə və qriplə yanaşı, boğaz və badamcıq infeksiyaları, orta qulaq iltihabı və sinusit də payız aylarında daha çox müşahidə edilə bilər.
Ucnoqta.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, insanların uzun müddət qapalı və izdihamlı məkanlarda qalması, eləcə də otaqların kifayət qədər havalandırılmaması infeksiyaların yayılma riskini artırır.
Yaxın məsafədə danışmaq, öskürmək və asqırmaq zamanı havaya yayılan damcılar xəstəliklərin bir insandan digərinə keçməsinə səbəb ola bilər. Çirkli səthlərə toxunduqdan sonra əlləri yumadan ağıza, buruna və gözlərə toxunmaq da yoluxma riskini yüksəldir.
Allergik problemlər, burun çəpərinin əyriliyi, burun ətinin böyüməsi səbəbindən ağızdan nəfəs alma, siqaret istifadəsi və nizamsız qidalanma da infeksiyalara həssaslığı artıra bilər.
KBB və Baş-Boyun Cərrahiyyəsi üzrə mütəxəssis İdil Öztürk böyüklərdə xüsusilə soyuqdəymə və qripə tez-tez rast gəlindiyini, orta qulaq iltihabının da yuxarı tənəffüs yolu infeksiyaları arasında mühüm yer tutduğunu bildirib.
Mütəxəssislər payız aylarında qapalı məkanların mütəmadi havalandırılmasını, əl gigiyenasına diqqət yetirilməsini və xəstəlik əlamətləri müşahidə edildikdə vaxtında həkimə müraciət olunmasını tövsiyə edirlər.
