27
Məşhur seneqallı yazıçı Şeyx Hamidu Kan 98 yaşında vəfat edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Seneqal Prezidenti Bassiru Diomaye Faye bildirib ki, yazıçı Dakarda dünyasını dəyişib. Ölümündən qısa müddət əvvəl Kan paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilmişdi.
Şeyx Hamidu Kana dünya şöhrəti qazandıran əsər 1961-ci ildə nəşr olunan “İkibaşlı üstünlük” romanı olub. Əsər qısa müddətdə Afrika ədəbiyyatının klassik nümunələrindən birinə çevrilib.
Fəlsəfi məzmun daşıyan romanda İslam ənənələri ilə tərbiyə olunan, lakin Avropa təhsili alan gənc afrikalının kimlik böhranından bəhs edilir.
Kan 1995-ci ildə isə müstəmləkəçilikdən sonrakı Seneqalın problemlərinə həsr etdiyi “Məbədin keşikçiləri” romanını nəşr etdirib.
