Almaniya kansleri Fridrix Merts və Almaniyanın iqtisadiyyat naziri Katarina Rayxe elan olunmamış səfərlə Ukraynanın paytaxtı Kiyevə gediblər.
Ucnoqta.az xəbər verir ki, DPA agentliyinin məlumatına görə, Mers və Rayxeni səfər zamanı Almaniyanın biznes dairələrinin nümayəndələri də müşayiət edir.
Məlumata görə, Merts Kiyevdə Ukraynaya minlərlə pilotsuz uçuş aparatının (PUA) ötürülməsi və ölkə üçün uzaqmənzilli silahların istehsalına dair planları açıqlamaq niyyətindədir. Bu məqsədlər üçün Almaniya hökumətinin büdcədən 1 milyard avro ayıracağı bildirilir.
Bundan əlavə, Ukraynanın enerji infrastrukturunun bərpasına 350 milyon avro vəsaitin yönəldilməsi nəzərdə tutulur.
“Ukraynanı həlledici həftələr gözləyir”, – Merts X sosial şəbəkəsində yazıb.
Bu, Almaniya kanslerinin Ukraynaya dördüncü səfəridir.
