28
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Hərbi Dəniz Qüvvələrinin baş komandanı Kanat Niyazbekovu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kanyş Abubakirovu vəzifələrindən azad edib.
Ucnoqta.az xəbər verir ki, bundan başqa, müdafiə nazirinin müavini Almaz Jumakeyev də tutduğu vəzifədən çıxarılıb.
Kadr dəyişiklikləri sentyabrın 24-də Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı 14 hərbçinin həlak olmasından sonra baş verib. Hadisə zamanı ümumilikdə 17 hərbçi dənizə düşüb, onlardan 3-ü xilas edilib.
Tokayev hadisədən sonra Müdafiə Nazirliyində vəziyyətin yoxlanılmasını və faciənin səbəblərinin araşdırılmasını tapşırıb.
