101
Hörmüz boğazından çıxan tanker naməlum mərmi ilə vurulub. Hadisə nəticəsində gəmidə qısa müddətli yanğın baş verib və elektrik enerjisi kəsilib.
Ucnoqta.az xəbər verir ki, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinin (UKMTO) məlumatına görə, yanğın daha sonra söndürülüb və tanker hərəkətini davam etdirib.
Hadisə zamanı ekipaj üzvlərindən heç biri xəsarət almayıb. Tankerin adı və qeydiyyat limanı açıqlanmayıb.
