37
İsrail hərbçilərinin Suriyanın cənubundakı Əl-Qüneytrə əyalətində yaşayış məntəqəsinə daxil olaraq yaşayış evləri istiqamətində atəş açdığı bildirilib.
Ucnoqta.az xəbər verir ki, Suriyanın “Əl-Exbariya” televiziya kanalının məlumatına görə, iki İsrail tankı və bir neçə hərbi texnika Səyda əl-Hanut kəndinin qərb hissəsinə irəliləyib və yaşayış məhəllələri istiqamətində atəş açıb.
Bundan başqa, Dəranın qərb hissəsində yerləşən Maarəyyə yaşayış məntəqəsinin kənarlarının da İsrail artilleriyası tərəfindən atəşə tutulduğu bildirilib.
Suriyanın cənubunda İsrail hərbçilərinin son dövrlərdə həyata keçirdiyi reyd və artilleriya atəşləri barədə yerli mənbələr də məlumat verib.
