43
Strasburqda orta məktəb şagirdləri və tələbələrin universitet şəhərciyi yaxınlığında keçirdiyi etiraz aksiyası zamanı polis gözyaşardıcı qazdan istifadə edib.
Ucnoqta.az xəbər verir ki, BFMTV-nin məlumatına görə, hüquq-mühafizə əməkdaşları buna etirazçıların istiqamətinə pirotexniki vasitələr atılmasına cavab olaraq əl atıblar. Etirazçılar arasında yetkinlik yaşına çatmayanların da olduğu bildirilir.
Fransada şagirdlərin etirazları ötən həftə başlayıb və hazırda ölkənin müxtəlif bölgələrinə yayılıb. Aksiyalarda dərs cədvəllərinin həddindən artıq yüklənməsi, müəllim çatışmazlığı və təhsil sistemindəki digər problemlər gündəmə gətirilir.
