36
Ermənistanın baş naziri Nikol Paşinyan “Güclü Ermənistan” fraksiyasının deputatı Edqar Kazaryanı məhkəməyə verib.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyan deputatdan sentyabrın 27-də müsahibəsində səsləndirdiyi fikirləri açıq şəkildə təkzib etməsini və 6 milyon dram təzminat ödəməsini tələb edir.
Mübahisəyə səbəb Kazaryanın 44 günlük müharibə zamanı Paşinyanın guya “qarşı tərəfə birbaşa məlumat ötürməyə başladığı” barədə iddiasıdır.
