Argentina millisinin və “İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi İspaniyanın ikinci liqasında çıxış edən “Eldense” klubunun sahibi olub.
Ucnoqta.az xəbər verir ki, klub bu barədə rəsmi açıqlama yayıb.
1921-ci ildə yaradılan “Eldense”nin satışı ilə bağlı razılaşma əvvəlki əsas səhmdarın sahib olduğu bütün səhmlərin Messiyə keçməsini nəzərdə tutur. Bununla belə, sövdələşmənin rəsmiləşməsi üçün İspaniya Ali İdman Şurasının (CSD) təsdiqi tələb olunur.
Bu, Messinin 2026-cı ildə İspaniya futboluna ikinci böyük sərmayəsidir. O, apreldə İspaniyanın aşağı liqalarında çıxış edən “UE Cornellà” klubunu da satın alıb.
“Eldense” hazırda İspaniya ikinci liqasında mübarizə aparır. Klub Messinin gəlişi ilə uzunmüddətli inkişaf və idman layihəsinin həyata keçirilməsini hədəfləyir.
