37
UEFA Millətlər Liqasının D Liqasında Azərbaycan və Lixtenşteyn milli komandaları üz-üzə gəlib.
Ucnoqta.az xəbər verir ki, D Liqasının 2-ci qrupunda yer alan komandaların qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Qarşılaşma 0:0 bitib.
Görüşün baş hakimi avstriyalı Kristian-Petru Çokirka olub.
Qeyd edək ki, qarşılaşmadan əvvəl Azərbaycan millisi 1 xalla qrupda ikinci, Litva 3 xalla lider, Lixtenşteyn isə xalsız sonuncu pillədə qərarlaşıb.
Lixtenşteyn millisi FIFA reytinqində 206-cı, Azərbaycan milli komandası isə 126-cı pillədə qərarlaşıb.
