36
Almaniya İraqın şimalındakı İraq Kürdüstanında on ildən artıq davam edən hərbi iştirakını başa çatdırıb.
Ucnoqta.az xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, Bundesverin 28 hərbçidən ibarət sonuncu kontingenti Ərbil şəhərini tərk edərək ölkəyə qayıdıb.
Almaniyanın bölgədəki missiyası 2015-ci ildə başlayıb. Əsas məqsəd həmin dövrdə İŞİD-ə qarşı mübarizə olub.
Sonrakı illərdə alman hərbçiləri regionun sabitləşdirilməsi və yerli təhlükəsizlik qüvvələrinin, o cümlədən kürd peşmərgələrinin hazırlanmasında iştirak ediblər.
Almaniya general-leytenantı Günter Kats bildirib ki, sonuncu hərbçilərin qayıdışı ilə İraq Kürdüstanındakı 10 ildən artıq davam edən hazırkı Almaniya hərbi mövcudluğu başa çatıb.
