38
Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstandakı terrorçu mövqelərinə endirdiyi zərbələr nəticəsində 22 terrorçunu məhv edib.
Ucnoqta.az xəbər verir ki, Pakistanın İnformasiya və Yayım Nazirliyinin məlumatına görə, zərbələr kəşfiyyat məlumatları əsasında Əfqanıstanın iki rayonunda “Fitna əl-Xəvaric”, “Fitna əl-Hindustan” qruplaşmalarının və onlarla əlaqəli birləşmələrin düşərgə və sığınacaqlarına endirilib.
Bildirilib ki, bütün hədəflər vurulub, həmçinin külli miqdarda silah-sursat məhv edilib.
