İsrail Müdafiə Ordusunun (IDF) Baş Qərargah rəisi Eyal Zamir ölkədə təhlükəsizlik vəziyyətinin gərgin olması səbəbindən oktyabrda ABŞ-a planlaşdırılan səfərini ləğv edib.
Ucnoqta.az xəbər verir ki, Ynet portalının məlumatına görə, Zamirin ABŞ Mərkəzi Komandanlığının rəhbəri və ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşməsi nəzərdə tutulurdu. Görüşlərdə İranla bağlı münaqişə və digər təhlükələr fonunda hərbi əməkdaşlığın müzakirəsi planlaşdırılırdı.
Zamir İsrail ordusunun yüksək hazırlıq vəziyyətində olduğunu nəzərə alaraq ölkəni tərk etməsinin düzgün olmadığını bildirib.
Ynet qeyd edir ki, İsrail ordusu yəhudi bayramları, oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun üçüncü ildönümü və oktyabrın 27-də keçiriləcək parlament seçkiləri ərəfəsində mümkün təhlükəsizlik insidentlərinə qarşı hazırlığını artırıb.
