39
Fransada yuxarı sinif şagirdlərinin keçirdiyi etiraz aksiyaları zamanı 76 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, ölkənin milli təhsil naziri Eduar Jefrenin sözlərinə görə, yaralananlar arasında həm şagirdlər, həm də təhsil müəssisələrinin əməkdaşları var.
Nazir bildirib ki, etirazların keçirilməsi hüququ fundamental azadlıqdır, lakin zorakılıq qəbuledilməzdir. O, nümunə kimi pirotexniki vasitənin partlaması nəticəsində əli ağır xəsarət alan şagirdi göstərib.
Etirazlar ötən həftə Parisin İl-de-Frans regionunda başlayıb. Şagirdlər həddindən artıq yüklənmiş dərs cədvəli, müəllim çatışmazlığı və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.
