19
Niderlandın dörd böyük şəhərində dəmiryol vağzalları təhlükəsizlik təhdidi səbəbindən təxliyə edilib.
Ucnoqta.az xəbər verir ki, NU.nl portalının məlumatına görə, Rotterdam, Utrext, Haarlem və Dordrext şəhərlərinin mərkəzi vağzallarında əməkdaşlar şübhəli əşyalar aşkar ediblər.
Hadisələrin bir-biri ilə əlaqəli olub-olmadığı hələ məlum deyil. Utrext Mərkəzi Vağzalında əsas zal və platformaların bir hissəsi mühasirəyə alınıb. Şübhəli əşyaların yoxlanılması üçün partlayıcı maddələr üzrə mütəxəssislər cəlb olunub.
