18
NATO-nun baş katibi Mark Rutte Avropadakı hərbi müəssisələrdə baş verən bir sıra insidentlər fonunda alyans ölkələrini müdafiəyə daha çox vəsait ayırmağa çağırıb.
Ucnoqta.az xəbər verir ki, Rutte NATO-nun mənzil-qərargahında Litvanın baş naziri ilə keçirdiyi mətbuat konfransında Avropa ölkələrini Litvanın nümunəsini izləməyə çağırıb.
O, NATO ölkələrinə müdafiəyə investisiyaları artırmağı tövsiyə edib.
Rutte həmçinin NATO ölkələrini ərazilərində baş verən insidentlərə görə Rusiyanı ittiham etməkdən çəkinməməyə çağırıb.
