17
UEFA Millətlər Liqasının D Liqasında Azərbaycan və Lixtenşteyn yığmaları arasında keçiriləcək qarşılaşmanın hakim təyinatları açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, UEFA-nın məlumatına görə, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Kristian Petru Cioçirca olacaq. Ona Maksimilian Veys və Mihael Obritzberger kömək edəcəklər. Safak Barmaksız isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Görüşdə VAR hakimi Manuel Şuettengruber, AVAR hakimi isə Alexander Harkam olacaq.
Azərbaycan – Lixtenşteyn qarşılaşması saat 20:00-da başlayacaq.
